Güləşçimiz dünya çempionu tituluna sahib olub

A- A A+

Azərbaycanın daha bir sərbəst güləşçisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında qızıl medala sahib olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, komandamızın üzvü Cəbrayıl Qadjiyev (74 kq) finalda yaponiyalı Ryunosuke Kamiyaya "tuşe" ilə qalib gələrək dünya çempionu titulunu qazanıb.

Qeyd edək ki, bundan əvvəl sərbəst güləşçilərdən Kənan Heybətov (70 kq) qızıl, Zirəddin Bayramov (65 kq) isə gümüş medal əldə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: