Ağbulaq İstirahət Mərkəzində gənclərin "Yay məktəbi”nin üçüncü mərhələsinə start verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində gənclərin "Yay məktəbi”nin növbəti mərhələsinə start verilib. Burada gənclər üçün "Nə? Harada? Nə zaman?", “Axtar, tap” intellektual oyunları, "Ünsiyyət psixologiyası" mövzusunda seminar, "Layihələrin yazılması və idarə olunması" təlimi, "Milli dəyərlərin innovativ-kreativ təbliği" müsabiqəsi üçün komandaların təlimatlandırılması saatı təşkil olunub və qalib komandalar diplomla mükafatlandırılıb.

3 gün davam edən düşərgədə gənclər günə səhər idmanı ilə başlayıb, Ağbulaq kəndinin səfalı təbiətinin gəzintisinə çıxıb, müxtəlif əyləncəli komanda oyunları, bədii qiraət gecəsi, film nümayişi və digər tədbirlərdə iştirak ediblər.

Qeyd edək ki, “Yay məktəbi”ndə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, könüllü və fəal gənclərdən ibarət 40 nəfər iştirak edib. 

Sevda Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: