UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib. NUHÇIXAN xəbər verir ki, UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermənin yekun nəticəsi açıqlanıb.
Səsverməyə əsasən, “Atletiko”nun futbolçusu Dieqo Kosta ən yaxşı oyunçu seçilib. O, bütün iştirakçıların 83 faizinin səsini toplayıb.
Yarımfinalda “Marsel”ə qalib gəlsə də, finala çıxa bilməyən “Zalsburq”un yarımmüdafiəçisi Haydara isə qalan 17% səsə sahib çıxıb.
Qeyd edək ki, Kosta yarımfinalda “Arsenal”la cavab matçında komandasının yeganə qolunu vurub.