Mbappe Fransa Liqasında ən sürətli qolu vurub

A- A A+

Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe Liqa-Bir tarixində ən sürətli qolu vurub.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu, "Opta"nın statistika aparmağa başladığı 2006/2007 mövsümündən sonra baş verib.

Mbappe səfərdə "Lill"ə qarşı III tur matçının 9-cu saniyəsində fərqlənib. O, oyun başlayan kimi Lionel Messidən topu alaraq, qapıçını da maneəsiz məğlub edib.

Qarşılaşma PSJ-nin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 7:1. Bununla da Paris komandası xalını 9-a çatdıraraq, turnir cədvəlində vahid liderə çevrilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: