Azərbaycan Premyer Liqasının üçüncü turu nadir təsadüf olunan hadisə ilə əlamətdar olub

A- A A+

Futbol üzrə Azərbaycan Premyer Liqasının üçüncü turu nadir təsadüf olunan hadisə ilə əlamətdar olub. “Sabah” – “Neftçi” oyununda bir komandanın qapısına üç penalti zərbəsi təyin olunub. Meydan sahibləri bu üç imkandan ikisindən yararlana bilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan çempionatları tarixində sonuncu belə hadisə 17 il əvvəl yaşanıb. 2005/2006-cı il mövsümünün “Gənclərbirliyi” – “Şahdağ” görüşündə də qonaqlar cəzalanıb. 2005-ci il dekabrın 10-dakı görüşdə hər üç penaltini Pathe Banqura yerinə yetirib. Sumqayıt təmsilçisinin hücumçusu bu imkanlardan ikisindən istifadə edib. Həmin qarşılaşmada meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: