"Qırmızı şeytanlar" cari mövsümdə ilk qələbəsini qazanıb

A- A A+

Futbol üzrə İngiltərə Premyer Liqasında III tura mərkəzi oyunla yekun vurulub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turun son oyununda mövsümə yaxşı başlamayan "Mançester Yunayted" və "Liverpul" komandaları üz-üzə gəliblər. "Old Trafford" stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk qolu 16-cı dəqiqədə "qırmızı şeytanlar"dan Ceydon Sanço vurub. 53-cü dəqiqədə Markuş Reşford hesab arasındakı fərqi 2 topa çatdırıb. 81-ci dəqiqədə Məhəmməd Salah buraxılan qollardan birinin əvəzini çıxıb.

Cari mövsümdə ilk qələbəsini qazanan "Mançester Yunayted" 3 xalla 14-cü sıraya yüksəlib. 2 xalı olan "Liverpul" isə 16-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, turnir cədvəlinə 9 xalla "Arsenal" klubu başçılıq edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: