UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Viktoriya" (Plzen) və "Qarabağ" oyunu başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Çexiyadakı "Dusan Arena"da oynanılan matçda "Viktoriya"nın start heyətində Yindrjix Stanek, Ludek Pernitsa, Yan Sikora, Yan Kopits, Tomaş Xori, Con Moskera, Pavel Buxa, Vatslav Yemelka, Lukaş Kalvax, Milan Havel və Libor Holik yer alıblar.
Ağdam təmsilçisinin heyətində isə meydana Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Riçard Almeyda, Abdullah Zubir, Bəhlul Mustafazadə, Filip Ozobiç, Kadi Borges, İbrahima Vadji, Toral Bayramov, Marko Veşoviç və Bədavi Hüseynov çıxıblar.
Komandalar arasında Bakıda təşkil olunan ilk matçda hesab açılmayıb.