“Avro-2023”: Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Gürcüstan yığmasının qonağı olacaq
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, D qrupunda mübarizə aparan millimiz Gürcüstan kollektivi ilə qarşılaşacaq.
Tbilisidə “Yeni Voleybol Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Azərbaycan millisi qrupdakı ilk oyununda Gürcüstana 3:0 hesabı ilə qalib gəlib. Yığmanın D qrupundakı digər rəqibləri Sloveniya və Avstriyadır.
Ümumilikdə təsnifat mərhələsində 24 komanda 6 qrupa bölünüb. Qrupda birinci və ikinci olacaq kollektivlər final mərhələsinə yüksələcək.
Qeyd edək ki, “Avro-2023”ün final mərhələsinə Belçika, İtaliya, Estoniya və Almaniya ev sahibliyi edəcək.