Gənclərin "yay məktəbi"nin növbəti mərhələsi keçirilir - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində "yay məktəbi"nin növbəti mərhələsi keçirilir.
Ötən gündən başlayaraq təşkil olunan 3 günlük "yay məktəbi"nin növbəti mərhələsində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak edirlər. Ümumilikdə 40 gənci bir araya toplayan "yay məktəbi"ndə gənclər müxtəlif növ intellektual oyunlarda, “Ünsiyyət psixologiyası” mövzusunda və motivasiya xarakterli digər təlimlərdə iştirak edir, asudə vaxtlarını voleybol, futbol, basketbol və digər idman oyunları ilə səmərəli keçirirlər.
Yay məktəbi çərçivəsində gənclər kanat gəzintisi, panel müzakirələr, bədii qiraət, “Milli dəyərlərin innovativ-kreativ təbliği” müsabiqəsi üçün hazırlanan komanda işlərinin təqdimatında da iştirak edəcəklər. Sonda fəal gənclərə sertifikatlar təqdim olunacaq.
Sevgili Mustafazadə