Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə cüdoçular arasında dünya çempionatına start verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışda cüdoçumuz Şahin Oruczadə (55 kq) uğurla çıxış edərək finala vəsiqə qazanıb. Həlledici mərhələdə onun rəqibi fransalı Zaçarie Dijol olacaq. Komandamızın digər üzvü Məhəmməd Məmişov (50 kq) isə final uğrunda Sebestyen Kollar ilə mübarizə aparacaq.
Qeyd edək ki, cüdoçularımız avqustun 24-27-də fərdi, 28-də isə komanda yarışında iştirak edəcəklər.