“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatması zamanı ikinci səbətdə yer alacaq

A- A A+

Ağdamın “Qarabağ” futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatması zamanı ikinci səbətdə yer alacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, buna Türkiyənin “Trabzonspor” və Norveçin “Budö Qlimt” klublarının UEFA Çempionlar Liqasında mübarizəni dayandırması səbəb olub.

UEFA reytinqində Ağdam təmsilçisindən geridə olan komandaların Avropa Liqasının qrupuna düşməsi Azərbaycan çempionunun ikinci səbətdəki yerini dəqiqləşdirib.

Qeyd edək ki, qrup mərhələsinin püşkü avqustun 26-da atılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: