Şahmatçılarımız Praqada qadınlar arasında keçirilən Avropa çempionatında uğurlu çıxışlarını davam etdirirlər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təmsilçilərimiz Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova 5 turdan 4 xal toplayaraq 2-12-ci yerləri bölüşürlər.
Komandamızın digər üzvləri Ləman Hacıyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva 3 xal toplayıblar.
İsveçrə sistemi üzrə keçirilən turnir avqustun 31-dək davam edəcək.