FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi AFFA-ya istinadla xəbər verir ki, ötən reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb. Millimiz 1127 xalla 128-ci pillədə qərarlaşıb.
Reytinqin ilk pilləsində də dəyişiklik baş verməyib. Braziliya millisi (1837) siyahıya başçılıq edir. 1821 xala malik Belçika 2-ci, 1770 xalı olan Argentina isə 3-cü pillədədir.