“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki potensial rəqibləri bəlli olub

A- A A+

UEFA Avropa Liqasında qrup mərhələsinin bütün iştirakçıları bəlli olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qrupda mübarizə aparacaq 32 komanda, həmçinin "Qarabağ"ın bütün potensial rəqibləri müəyyənləşib.

Ağdam klubu püşkatmaya 2-ci səbətdən qoşulacaq və digər səbətlərdəki komandalardan biri ilə eyni qrupa düşəcək.

1-ci səbət: "Roma", "Latsio" (hər ikisi İtaliya), "Mançester Yunayted", "Arsenal" (hər ikisi İngiltərə), "Braqa" (Portuqaliya), "Srvena Zvezda" (Serbiya), "Dinamo" (Kiyev, Ukrayna), "Olimpiakos" (Yunanıstan)

2-ci səbət: PSV, "Feyenoord" (hər ikisi Niderland), "Renn", "Monako" (hər ikisi Fransa), "Real Sosyedad" (İspaniya), "Qarabağ" (Azərbaycan), "Malmö" (İsveç), "Lüdoqorets" (Bolqarıstan)

3-cü səbət: "Şerif" (Moldova), "Betis" (İspaniya), "Midtüllan" (Danimarka), "Budö Qlimt" (Norveç), "Ferentsvaroş" (Macarıstan), "Yunion" (Berlin), "Frayburq" (hər ikisi Almaniya), "Fənərbağça" (Türkiyə)

4-cü səbət: "Nant" (Fransa), HİK (Finlandiya), "Şturm" (Avstriya), AEK (Larnaka), "Omoniya" (hər ikisi Kipr), "Yunion" (Belçika), "Sürix" (İsveçrə), "Trabzonspor" (Türkiyə)

Qeyd edək ki, Avropa Liqasında püşkatma bu gün olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: