Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün VI turun görüşləri keçirilib.
NUHÇIXAN-ın məlumatına görə, Azərbaycanın kişilərdən ibarət yığması Çexiya, qadın millisi isə Latviya ilə üz-üzə gəlib. Hər iki görüşdə komandalarımızın qələbəsi qeydə alınıb.
Çexiya ilə qarşılaşmada Şəhriyar Məmmədyarov və Arkadi Naydiç ağ fiqurlarla qalib gəlib, Teymur Rəcəbov və Rauf Məmmədov qara fiqurlarla heç-heçə ediblər.
Latviya ilə görüşün taleyini isə sonuncu lövhədə Ülviyyə Fətəliyevanın qara fiqurlarla qazandığı qələbə həll edib. Zeynəb Məmmədyarovanın istirahət etdiyi qarşılaşmada Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova heç-heçə edib.
43-cü Ümumdünya Şahmat Olimpiadası, VI tur
Kişilər
Azərbaycan - Çexiya - 3:1
Şəhriyar Məmmədyarov - David Navara - 1:0
Teymur Rəcəbov - Viktor Lazniçka - 0,5:0,5
Arkadi Naydiç - Zbinek Qraçek - 1:0
Rauf Məmmədov - İrji Stoçek - 0,5:0,5
Qadınlar
Azərbaycan - Latviya - 2,5:1,5
Günay Məmmədzadə - Laura Roqule - 0,5:0,5
Xanım Balacayeva - İlze Berzina - 0,5:0,5
Gülnar Məmmədova - Linda Krumina - 0,5:0,5
Ülviyyə Fətəliyeva - Elizabete Limanovska - 1:0
Bu nəticələrdən sonra Azərbaycanın kişilərdən ibarət yığması 12 xalla Polşa ilə birgə liderliyini davam etdirir. Qadın millisi isə 10 xalla 7-ci pillədə qərarlaşıb. VII turda rəqiblər müvafiq olaraq, Polşa və İtaliya olacaq.