Futbol üzrə Ukrayna çempionatının 2022/2023-cü il mövsümünün 7-ci turunun “Şaxtyor” – “Dinamo” (Kiyev) matçı Londonda keçirilə bilər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu ideyanı Kiyev təmsilçisinin baş məşqçisi rumıniyalı mütəxəssis Mirça Luçesku da dəstəkləyib. Hazırda təşkilati məsələlər komandalar arasında razılaşdırılır. Eyni zamanda bilet satışından əldə edilən vəsait humanitar sahəyə yönəldiləcək.
Oktyabrın 15-də keçiriləcək matç Xarkovdakı 40 mindən çox tamaşaçı tutumuna malik “Metallist” stadionunda oynanılmalı idi.