Praqada qadın şahmatçılar arasında Avropa çempionatı davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 6 turda 5 xal toplayan təmsilçimiz Günay Məmmədzadə liderdən yarım xal geri qalaraq 2-3-cü yerləri bölüşür. Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova isə 4,5 xalla ilk onluqda qərarlaşıblar.
Komandamızın digər üzvləri Ləman Hacıyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva 3,5 xal toplayıblar.
İsveçrə sistemi üzrə keçirilən turnir avqustun 31-dək davam edəcək.