Gənclərin "Yay məktəbləri" başa çatıb - FOTOLAR

A- A A+

Gənclərin asudə vaxtını səmərəli təşkil etmək, onların şəxsi inkişafına dəstək vermək və azərbaycançılıq məfkurəsində formalaşmalarına nail olmaq məqsədilə Ağbulaq İstirahət Mərkəzində təşkil olunan ənənəvi “Yay məktəbləri” başa çatıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə  bildirilib ki, iyulun 5-dən start götürən və mərhələli şəkildə davam edən düşərgə tipli layihənin sonuncu mərhələsi 23-25 avqust tarixlərini əhatə edib. 

İlk gün iştirakçılar Ağbulaqda mərkəzin turizm imkanları, ərazidəki fəaliyyət növləri ilə tanış olub, onlara tədbirin təşkil olunma məqsədi və proqramı haqqında məlumat verilib. Həmin gün gənclər intellektual oyun və “Ünsiyyətin psixologiyası” seminarında iştirak edib, vətənpərvərlik mövzusunda film izləyiblər.

Növbəti günlərdə isə motivasiya xarakterli təlim, komanda oyunları, kanat gəzintisi, panel müzakirələr, əyləncəli idman oyunları, intellekt yarışı, bədii qiraət gecəsi təşkil olunub, “Layihələrin yazılması və idarə olunması” mövzusunda təlim və “Milli dəyərlərin innovativ-kreativ təbliği” adlı müsabiqə üçün hazırlanmış komanda işlərinin təqdimatı reallaşıb.  

Yay məktəblərinin sonunda iştirakçıların fikir və təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb, aktiv və uğurlu fəaliyyəti ilə fərqlənən gənclərə sertifikat təqdim edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin təşkilatçılığı, Həmkarlar İttifaqları Şurasının dəstəyi ilə reallaşan layihədə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, könüllü gənclər və Yeni Azərbaycan Partiyasının fəalları iştirak ediblər

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: