Türkiyənin “Beşiktaş” klubu “Everton”un futbolçusu Dele Allini icarəyə götürüb.
NUHÇIXAN İnformasiya Agentliyi klubun saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi 2022/2023-cü il mövsümünü icarə əsasında İstanbul təmsilçisində keçirəcək.
“Beşiktaş” bu mövsümün sonu ingilis oyunçunu birdəfəlik almaq hüququna sahibdir.
Qeyd edək ki, D.Alli yeni klubunda 11 nömrəli forma ilə çıxış edəcək.