“Bavariya”nın müdafiəçisi Benjamin Pavard “Mançester Yunayted”in təklifini rədd edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İngiltərə klubu 26 yaşlı futbolçu üçün rəsmi müraciət edib. Lakin Fransa millisinin heyətində dünya çempionu olan B.Pavard hazırkı klubunda qalmaq niyyətində olduğunu açıqlayıb. Bu barədə “L'Equipe” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, “Çelsi”, “Atletiko Madrid” və “Yuventus” da müdafiəçini yay transfer pəncərəsində almaq istəyib.
B.Pavard 2019-cu ilin yayında “Ştutqart”dan Münxen komandasına keçib. Futbolçu “Bavariya”nın heyətində 123 oyunda 7 qol vurub və 11 məhsuldar ötürmə edib. Tərəflər arasında müqavilənin müddəti 2024-cü ildə başa çatır.