Çempionlar Liqasının əsas favoriti açıqlanıb

A- A A+

UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün əsas favoriti bəlli olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "FiveThirtyEight" superkompüterinin proqnozuna əsasən Almaniyanın "Bavariya" klubu turnirin qalibi olacaq.

Münhen təmsilçisinin qalib gəlmə ehtimalı 21 faiz qiymətləndirilib. İngiltərənin "Mançester Siti" komandası 18 faizlə ikinci, Fransa PSJ-si 14 faizlə üçüncü olub.

İngiltərə təmsilçisi "Liverpul" 9 faizlə 4-cü, yarışın son qalibi İspaniya "Real Madrid"i isə 7 faizlə 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunları sentyabrın 6-da başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: