"Qarabağ"dan ayrılan hücumçu Fransa klubu ilə müqavilə imzalayıb

A- A A+

"Qarabağ" klubu futbolçusu İbrahima Vadjinin Fransa "Sent-Etyen"inə keçidini açıqlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi "köhlən atlar"ın rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu əldə olunmuş razılığa əsasən, Liqa 2 təmsilçisinə keçib.

Ona göstərdiyi xidmətləri qarşılığında təşəkkür edilib və gələcək karyerasında uğurlar arzulanıb.

Seneqallı forvard artıq yeni klubu ilə müqavilə də imzalayıb. O, 3 illik sözləşməyə qol çəkib. Vadji yeni komandasında da 25 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Sent-Etyen" İbrahima Vadjinin keçidi üçün "köhlən atlar"a 1 milyon avrodan çox vəsait ödəyəcək. Hücumçu "Qarabağ"a 2021-ci ilin avqustunda transfer olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: