Azərbaycanın boccia üzrə milli komandası Polşanın Poznan şəhərində keçirilən “World Challenger” turnirində uğurla çıxış edib.
NUHÇIXAN İnformasiya Agentliyi Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, yığma komandamızın üzvləri Bəhruz Nuriyev qızıl, Sona Ağayeva isə gümüş medal qazanıblar.
Komanda yarışında isə idmançılarımız bürünc medala layiq görülüblər.