Erlinq Holann İngiltərə Premyer Liqasının tarixinə düşüb

A- A A+

"Mançester Siti"nin futbolçusu Erlinq Holann İngiltərə Premyer Liqasının tarixinə düşüb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 22 yaşlı hücumçu buna "Notinqem Forest"ə 6:0 hesabı ilə qalib gəldikləri V tur oyununda het-trik etməklə nail olub.

Norveçli forvard Premyer Liqadakı ardıcıl iki matçında bunu bacaran 7-ci oyunçudur.

Daha əvvəl Les Ferdinand, İan Rayt, Tyerri Anri, Didye Droqba, Ueyn Runi və Harri Keyn eyni nailiyyətə imza atıb.

Qeyd edək ki, Erlinq Holann iyunun 13-də "Mançester Siti"yə keçib. Hücumçunun sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: