“Araz-Naxçıvan”dan növbəti qələbə - FOTOLAR
Futbol üzrə Azərbaycan I Divizionunun ikinci turunda “Araz-Naxçıvan” səfərdə “İmişli”ni məğlub edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Saatlı Olimpiya İdman Kompleksinin stadionunda keçirilən görüşə qonaqlar sürətli başlayıb. Oyunun 20-ci dəqiqəsində “Araz-Naxçıvan”ın heyətində Emil Bayramov hesabı açıb. 57-ci dəqiqədə Orxan Əliyev ikinci topu ev sahibinin qapısından keçirib. Bundan 2 dəqiqə sonra isə Fərid Kərimzadə fərqlənərək hesabı 3-0 edib. Oyun bu hesabla yekunlaşıb: "İmişli" - "Araz-Naxçıvan" 0:3.
Xatırladaq ki, “Araz-Naxçıvan” çempionatın ilk turunda “Qarabağ-2” komandası üzrərində 5-1 hesablı qələbə qazanmışdı. Hazırda Naxçıvan təmsilçisi turnir cədvəlinə başçılıq edir.