Naxçıvan karateçiləri beynəlxalq yarışda 17 medal qazanıblar - FOTOLAR

A- A A+

Bakı İdman Sarayında 6-13 yaş arası uşaqlar arasında Olimpiya ümidləri-2022 beynəlxalq karate turniri keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvan Karate-do Federasiyasının 23 idmançısı turnirdə medallar uğrunda mübarizə aparıb. Adını mükafatçılar sırasına yazdıran 15 təmsilçimiz - Əli Bayramov, Ayxan Musayev, Sona Bağırova, Məhəmməd Quluzadə, Xədicə Bayramova, Yusif Orucov, Elşən Teymurzadə, Həmidə Əzizova birinci olublar. Digər idmançılarımız isə müxtəlif əyarlı medallar qazanıblar.

Bununla da Naxçıvan karateçiləri yarışı 9-u qızıl, 4-ü gümüş, 4-ü bürünc olmaqla, ümumilikdə 17 medalla tamamlayıblar.

Qeyd edək ki, Avropa Karate Federasiyasının təqvim planına daxil edilən yarışda Küveyt, Qazaxıstan, Özbəkistan, Litva, Amerika Birləşmiş Ştatları və Azərbaycandan olan idmançılar iştirak ediblər. 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: