Bakının “Neftçi” futbol klubunun U-17 komandası Romada təşkil olunan Skopinyo kuboku yarışında ilk oyununu keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, baş məşqçi Rəşad Hüseynovun komandası “Roma” klubu ilə qarşılaşıb və minimal hesabla uduzub – 0:1.
Qeyd edək ki, “Neftçi” C qrupundakı sonuncu matçında bu gün yerli “Lodicani” klubu ilə üz-üzə gələcək. İtaliyanın “İnter”, “Latsio”, “Napoli”, “Salernitana”, “Ternana”, “Pol Kantalis”, “Napoli Yunayted”, Türkiyənin “Fənərbağça”, Braziliyanın “Fluminense” klublarının da iştirak etdiyi turnirə sentyabrın 2-də yekun vurulacaq.