Futbol üzrə Farer adaları yığmasının UEFA Millətlər Liqasında Azərbaycan millisinə qarşı keçirəcəyi oyun üçün heyəti açıqlanıb.
NUHÇIXAN xəbər verir ki, baş məşqçi Lars Olsen heyətə qapıçılar - Qunnar Nilsen ("Hafnarfyordur", İslandiya), Teytur Gestsson ("Torshavn"), Kristian Yönsen ("Klaksvik"), müdafiəçilər - Atli Qreqersen ("Vikinqur"), Odmar Feryo ("B-36 Torshavn"), Vilyormur Davidsen ("Veyle", Danimarka), Yoqvan Roy Davidsen ("Torshavn"), Sonni Raqnar Nattestad ("Horsens", Danimarka), Aleks Mellemqor ("B-36 Torshavn"), Hayni Vatnsdal ("Fremad Amager", Danimarka), Qunnar Vatnhamar ("Vikinqur"), Maqnus Egilsson ("Torshavn"), yarımmüdafiəçilər - Kay Leo Bartalsstovu ("Vestmannaeyar", İslandiya), Gilli Rolantsson Sörensen ("Brann", Norveç), Rene Şaki Yensen ("Qrindavik", İslandiya), Trondur Yensen ("Torshavn"), Pol Yohannus Yustinussen ("NSİ Runavik"), Hallur Hansson ("Horsens", Danimarka), Brandur Hendriksson Olsen ("Hafnarfyordur", İslandiya), Roqvi Baldvinsson ("Brüne", Norveç), hücumçular - Finnir Yustinussen ("Nestved", Danimarka), Yohan Suymun Edmundsson ("Arminiya", Almaniya) və Klemint Andrasson Olsen ("NSİ Runavik") dəvət edib.
Qeyd edək ki, Farer adaları UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də Azərbaycanı, üç gün sonra isə Kosovonu qəbul edəcək.
Hesabında 4 xal olan Kosovo millisi qrupda birinci pillədə qərarlaşıb. Farer adaları 3 xalla ikinci, Azərbaycan isə 2 xalla üçüncü pillədə yer alıb. Malta millisi 1 xalla sonuncu yerdədir.