Çimərlik voleybolu üzrə muxtar respublika birinciliyi keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, nazirliyin və Naxçıvan Voleybol Federasiyasının birgə təşkil etdiyi yarış Uzunoba Təlim-Məşq İdman Kompleksində reallaşıb. 8 komandanın iştirak etdiyi və 2 gün davam edən birincilikdə komandalar olimpiya sistemi üzrə mübarizə aparıblar.

Final qarşılaşmasında “Sədərək” və “Culfa” komandaları meydanda olub. Həlledici görüşdən 2-0 hesablı qələbə ilə ayrılan Sədərək idmançıları çimərlik voleybolu üzrə ilk muxtar respublika birincisi adını qazanıblar. Culfalılar ikinci yerlə kifayətlənib. Üçüncülük mübarizəsində “Şərur”dan üstün olan “Naxçıvan” komandası isə yarışı üçüncü sırada tamamlayıb. 

Muxtar respublikada çimərlik voleybolunun inkişafı və bu sahəyə marağın artırılması məqsədilə təşkil olunan birinciliyin sonunda ilk üç yerin sahibləri diplom və hədiyyələrlə mükafatlandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: