Azərbaycanın 2 boksçusu Qazaxıstanda keçirilən beynəlxalq turniri bürünc medalla başa vurub

A- A A+

Azərbaycanın 2 boksçusu Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turniri bürünc medalla başa vurub.

NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, Ruslan Qədirov (54 kq) və Rauf Rəhimov (92 kq) üçüncü yeri tutublar.

R.Qədirov yarımfinalda qazaxıstanlı Timur Kabdeşovla üz-üzə gəlib. Rəqib finala yüksəldiyindən boksçu bürünc mükafata layiq görülüb.

R.Rəhimov isə özbəkistanlı Nusratbek Tohirovla qüvvəsini sınayıb. Asiyalı mərhələ adladığından Azərbaycan boksçusu fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: