Üzgüçülük üzrə muxtar respublika birinciliyi keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sağlamlıq imkanları məhdud 18 yaşadək yeniyetmələr arasında üzgüçülük üzrə muxtar respublika birinciliyi keçirilib.
Yarış Üzgüçülük Mərkəzində reallaşıb. Birincilikdə oğlanlarla yanaşı qız idmançılar da mübarizə aparıb. 12 idmançı sərbəst üsul üzrə 25 metrlik məsafədə yarışıblar. Yekun nəticəyə əsasən, oğlanlar arasında Fərid Qafarlı I, Sinan Əliyev II, Kamran Babayev III, qızlar arasında isə Səma Əsgərzadə I, Duyğu Vəliyeva II, Nərgiz Abdullayeva isə III olub.
Qalib gələn idmançılara təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim edilib.
Əli İbrahimbəyli