Futbol üzrə Azərbaycan I Divizionunun 3-cü turu çərçivəsində “Araz-Naxçıvan” ilə “Şamaxı-2” komandaları qarşılaşacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüş Naxçıvan Muxtar Respublika Stadionunda saat 16:30-da başlayacaq.
Xatırladaq ki, “Araz-Naxçıvan” klubu çempionatın ötən iki turunda rəqib qapılarına 8 dəfə yol tapıb. Qırmızı-ağlar iki oyunda qapısından 1 top buraxıb. Hazırda Naxçıvan təmsilçisi turnir cədvəlinə başçılıq edir.
Qarşılaşmanı bu link vasitəsilə canlı izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=5qTSZMyFu8Q
Uğurlar, “Araz-Naxçıvan”!