Futbol üzrə Azərbaycan I Divizionunun 3-cü turu çərçivəsində “Araz-Naxçıvan” ilə “Şamaxı-2” komandaları qarşılaşıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublika Stadionunda baş tutan qarşılaşmada Naxçıvan təmsilçisi "Şamaxı-2" komandası üzərində 5-0 hesablı qələbə qazanıb.
Görüşdə "Araz-Naxçıvan"ın heyətində 21-ci dəqiqədə Xəyal Tomarov, 36-cı dəqiqədə Orxan Əliyev, 47-ci dəqiqədə Fərid Kərimzadə, 51-ci dəqiqədə Bayraməli Qurbanov və 60-cı dəqiqədə yenidən Xəyal Tomarov fərqlənib.
Ardıcıl üç qələbədən sonra hazırda “Araz-Naxçıvan” 9 xalla turnir cədvəlinə liderlik edir.