Levandovski Çempionlar Liqasında ilk turun ən yaxşı oyunçusu seçilib

A- A A+

Polşa millisinin və İspaniyanın "Barselona" klubunun futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun ən yaxşı oyunçusu seçilib.

NUHÇIXAN İnformasiya Agentliyi UEFA-nın saytına istinadən xəbər verir ki, azarkeşlər arasındakı səsvermədə 34 yaşlı hücumçu bütün rəqiblərini üstələyib.

O, Çexiyanın "Viktoriya" komandasına qarşı matçda het-trik edib.

Levandovski səsvermədə sabiq komandası Almaniya "Bavariya"sından Leroy Saneni, Fransa PSJ-sindən Kilian Mbappeni və İtaliya "Napoli"sindəki həmyerlisi Pyotr Zelinskini qabaqlayıb.

Qeyd edək ki, Robert Levandovskinin het-trik etdiyi matçda "Barselona", "Qarabağ"ı Çempionlar Liqasından uzaqlaşdırmış "Viktoriya"nı 5:1 hesabı ilə darmadağın edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: