Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının futbol komandası birinciliyin qalibi olub - FOTOLAR
Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında təşkil olunan futbol birinciliyinin qalibləri müəyyənləşib. Birincilikdə 17 komanda mübarizə aparıb.
NUHÇIXAN xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordu Komandanlığının təşkil etdiyi və olimpiya sistemi ilə keçirilən birincilikdə oyunları Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının hakimləri idarə ediblər.
Geniş tamaşaçı kütləsinin izlədiyi birincilik gərgin mübarizə şəraitində keçib. Ən güclü 2 komandanın mübarizə apardığı final görüşündə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının futbol komandası 5-0 hesabı ilə qələbə qazanıb. Hərbi qulluqçuların futbol birinciliyində ikinci yerdə motoatıcılar, üçüncü yerdə isə xüsusi təyinatlılar qərarlaşıb.
İlk üçlükdə qərarlaşan komandalar Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən diplom və kuboklarla mükafatlandırılıblar.