UEFA Avropa Liqasında qrup mərhələsinə start verilib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu günə nəzərdə tutulan 16 oyundan 8-i artıq başa çatıb.
Türkiyə təmsilçilərindən "Fənərbağça" B qrupunda Ukraynanın "Dinamo" (Kiyev) klubunu qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 35-ci dəqiqədə İstanbul təmsilçisindən Qustava Enrike açıb. 64-cü dəqiqədə Viktor Tsıqankov tarazlığı bərpa edib. Əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə isə "sarı-lacivərdlilər"in yeni transferi Mişi Batşuayi son nöqtəni qoyub.