Veteran cüdoçumuz Fərhad Rəcəbli onuncu dəfə dünya çempionu olub

A- A A+

Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli Polşanın Krakov şəhərində usta cüdoçular arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, çempionatda 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu, Azərbaycan təmsilçisinin usta cüdoçular arasında dünya çempionatlarında qazandığı 10-cu qızıl medalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: