Azərbaycan Güləş Federasiyasının sabiq prezidenti Fazil Məmmədov rəsmi olaraq vəzifəsini tərk edib.
Bu barədə NUHÇIXAN-a Azərbaycan Güləş Federasiyasından bildiriblər.
Federasiyanın rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən vəzifəsinə birinci vitse-prezident Namiq Əliyev təyin olunub.
Qeyd edək ki, Fazil Məmmədov 2007-ci ildən Azərbaycan Güləş Federasiyasının prezidenti olub. O, həmçinin Azərbaycan Otüstü Xokkey Federasiyasına və Azərbaycan Velosiped İdmanı Federasiyasına rəhbərlik edir.
Namiq Əliyev 2010-cu ildən Dünya Güləş Birliyinin Büro üzvüdür.