“Avro-2023”: Azərbaycan millisi səfərdə Avstriya yığması ilə qarşılaşacaq

A- A A+

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün sonuncu oyununu keçirəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, millimiz səfərdə Avstriya yığmasının qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:25-də başlayacaq.

Hazırda 9 xalla D qrupunda ikinci pillədə yer alan yığmamız final mərhələsinə vəsiqə əldə etmək üçün mütləq qələbə qazanmalıdır. Avstriya seçməsi Azərbaycandan 2 xal geri qalır.

Bakıda keçirilən matçda Eldar Yusubovun baş məşqçi olduğu kollektiv bu rəqibi 3:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutacaq komandalar Belçika, İtaliya, Estoniya və Almaniyanın ev sahibliyi edəcəyi “Avro-2023”ün final mərhələsinə yüksələcəklər. D qrupundan Sloveniya artıq vəsiqəni təmin edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: