"Qarabağ" - "Nant" oyununun biletləri satışa çıxarılıb

A- A A+

"Qarabağ"ın Bakıda Fransanın "Nant" komandasına qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu üçün biletlər satışa çıxarılıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Biletləri matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, "Iticket.az"dan, Ağdam klubunun Park Bulvardakı fan-şopundan, 28 mall və Gənclik mall ticarət mərkəzlərindəki satış məntəqələrindən almaq olar.

1 şəxsiyyət vəsiqəsi ilə 3 bilet əldə etmək mümkündür.

Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək "Qarabağ" - "Nant" görüşü saat 20:45-də başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: