Neymar PSJ-nin bombardirləri siyahısında 4-cü pilləyə yüksəlib

A- A A+

Braziliya millisinin futbolçusu Neymar Fransanın PSJ klubunun bombardirləri siyahısında 4-cü pilləyə yüksəlib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 30 yaşlı hücumçu buna "Brest"i 1:0 hesabı ilə məğlub etdikləri Fransa Liqa 1-in VII tur oyununda nail olub.

Matçdakı yeganə qolun müəllifi olan forvard Paris təmsilçisinin heyətində 110 dəfə fərqlənməyi bacarıb. Braziliyalı oyunçu 2003 - 2008-ci illərdə PSJ-də çıxış etmiş portuqaliyalı Pedru Pauletanı (109 qol) geridə qoyub.

Bu göstəricidə Neymarı Zlatan İbrahimoviç (156 qol), Kilian Mbappe (180 qol) və Edinson Kavani (200 qol) qabaqlayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: