Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa Oyunlarına vəsiqə qazanıb

A- A A+

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin superfinalında sonuncu oyununu keçirib.

NUHÇIXAN İnformasiya Agentliyi AFFA-nın saytına istinadla xəbər verir ki, İtaliyanın Kalyarı şəhərində keçirilən oyunda Ukrayna komandası ilə qarşılaşan millimiz 2:6 hesabı ilə məğlub olaraq turniri 6-cı pillədə başa vurub. Millimizin hər iki qolunu İsa Zeynallı vurub.

Qeyd edək ki, sabahkı oyunun nəticədən asılı olmayaraq, millimiz gələn il Polşanın Krakov şəhərində təşkil ediləcək Avropa Oyunlarına vəsiqə qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: