I Divizion: “Araz-Naxçıvan” “Kəpəz-2”nin qonağı olacaq

A- A A+

Futbol üzrə Azərbaycan I Divizionunun IV turunda “Araz-Naxçıvan” bu gün “Kəpəz-2” komandası ilə qarşılaşacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Gəncə Şəhər Stadionunda  baş tutacaq qarşılaşma saat 16:00-da başlayacaq.

Xatırladaq ki, ötən 3 turun nəticələrinə əsasən, “Araz-Naxçıvan” maksimum nəticə göstərərək 9 xalla turnir cədvəlinə liderlik edir. Naxçıvan təmsilçisi 3 oyuna rəqib qapılarından 13 top keçirib, 1 qol buraxıb.

Gəncənin “Kəpəz-2” komandası isə çempionatda keçirdiyi 3 oyundan 1 bərabərlik, 2 məğlubiyyətlə ayrılıb. Hazırda “Kəpəz-2” I Divizionda 14-cü sırada qərarlaşıb.    

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: