Dünya çempionatı: Azərbaycanın 4 sərbəst güləşçisi bu gün mübarizəyə başlayır

A- A A+

Azərbaycanın 4 sərbəst güləşçisi bu gün Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 70 kq çəki dərəcəsində çıxış edən Coşqun Əzimov təsnifat mərhələsində Temulen Enktuya (Monqolustan) ilə üz-üzə gələcək.

79 kq-dakı Əşrəf Aşırov 1/16 finalda Erik Reinbokla (Estoniya) görüşəcək. 86 kq-dakı Abubakr Abakarov təsnifat mərhələsində Həsən Zəkəriyevlə (Ukrayna), 125 kq-dakı Aydın Əhmədov eyni raundda Den Çjiveylə (Çin) qarşılaşacaq.

Bu gün həmçinin qadın güləşçi, 57 kq-da mübarizə aparan Jalə Əliyeva bürünc medal uğrunda görüşdə Georgieva Nikolova (Bolqarıstan) - Alina Akobia (Ukrayna) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: