Avropa çempionatı: Bu gün Azərbaycanın daha 4 cüdoçusu yarışacaq

A- A A+

Bu gün Azərbaycanın daha 4 cüdoçusu Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında mübarizəyə başlayacaq.

NUHÇIXAN İnformasiya Agentliyinin verdiyi məlumata görə, yarışın 2-ci günündə tatamiyə çıxacaq idmançılardan 3-ü kişi, biri isə qadındır.

73 kq-da Vüsal Qələndərzadə 1/8 finalda Kyartan Hreydarssonla (İslandiya) üz-üzə gələcək.

81 kq çəki dərəcəsində Ömər Rəcəbli Randel Pasteli (Estoniya), Elcan Hacıyev Marko Yanseri (Monteneqro) sınağa çəkəcək. Hər iki görüş 1/8 finala təsadüf edəcək.

Qadınlardan isə 63 kq-da çıxış edən Aytac Qardaşxanlı 1/16 finalda Nele Noakla (Almaniya) görüşəcək.

Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində yer alan Turan Bayramov gümüş medal qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: