AFFA rəhbərliyi FIFA prezidenti ilə görüşüb

A- A A+

Oktyabrın 3-də İsveçrənin Sürix şəhərində AFFA prezidenti Rövnəq Abdullayev ali futbol qurumunun – FIFA-nın prezidenti Cianni İnfantino ilə görüşüb.

NUHÇIXAN AFFA-nın saytına istinadla xəbər verir ki, görüşdə Azərbaycan futbolunun inkişafı ilə bağlı ətraflı müzakirələr aparılıb.

Rövnəq Abdullayev bu il Rusiyada keçirilmiş dünya çempionatının yüksək səviyyədə təşkil olunması ilə bağlı FIFA prezidenti Cianni İnfantinonu təbrik edib.

Söhbət zamanı FIFA ilə AFFA arasında mövcud yüksək səviyyəli əməkdaşlığın bundan sonra da davam etdirilməsi məsələləri müzakirə olunub.

Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov da iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: