Beynəlxalq Şahmat Federasiyasının (FİDE) yeni prezidenti müəyyənləşib.
NUHÇIXAN xəbər verir ki, Gürcüstanın Batumi şəhərində keçirilən konqresin iclasında təşkilatın rəhbəri rusiyalı iqtisadçı Arkadi Dvorkoviç seçilib.
Səsvermə zamanı Dvorkoviçin lehinə 103 səs, FİDE-nin vitse-prezidenti Georgios Makropulosun lehinə 78 səs verilib, daha bir səs isə etibarsız sayılıb. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Dvorkoviçin komandasında yer alıb. O, FIDE-də vitse-prezident vəzifəsini tutub.
Britaniyalı Naycel Şort isə səsverməyə bir neçə dəqiqə qalmış namizədliyini geri götürüb.