Bu gün Azərbaycan Premyer Liqasında VII tur çərçivəsində növbəti oyun keçiriləcək

A- A A+

Bu gün Azərbaycan Premyer Liqasında VII tur çərçivəsində növbəti oyun keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Qəbələ” klubu “Sumqayıt”ı qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

Hazırda “Qəbələ” 9 xalla turnir cədvəlində 6-cı, “gənclik şəhəri” təmsilçisi isə 3 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" evdə "Turan Tovuz"u 3:1, "Neftçi" isə səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib. Tura sentyabrın 18-də keçiriləcək "Kəpəz" - "Şamaxı" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: