“Araz” futzal klubu UEFA Çempionlar Liqasındakı ilk oyununda Litvanın “Vytis” komandasına məğlub olub
Naxçıvanın “Araz” futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində oktyabrın 3-də Slovakiyanın Luçenec şəhərindəki “Sportova Hala” arenada ilk oyununu keçirib. NUHÇIXAN xəbər verir ki, Litvanın “Vytis” komandası ilə qarşılaşan təmsilçimiz 0:1 hesabı ilə məğlub olub. “Araz” qrupda növbəti oyununu oktyabrın 4-də Malta təmsilçisi “Valletta”ya qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.