Messi Ronaldunun rekordunu qırıb

A- A A+

Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messi İngiltərə "Mançester Yunayted"ində çıxış edən Kriştianu Ronaldunun rekordunu qırıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 35 yaşlı hücumçu buna "Lion"u səfərdə 1:0 hesabı ilə məğlub etdikləri Liqa 1-in VIII tur oyununda nail olub.

5-ci dəqiqədə yeganə qolun müəllifi olan argentinalı oyunçu karyerasında penaltilər istisna olmaqla 672-ci dəfə fərqlənib. Təcrübəli forvard 671 dəfə rəqib qapılarına yol tapan Ronaldunu geridə qoyub.

Qeyd edək ki, Lionel Messi 2021-ci ilin avqustunda PSJ-yə keçib. Hücumçunun klubla müqaviləsi 2023-cü ildə başa çatmalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: